Hadisə

Azərbaycanlı iş adamı Türkiyədə otelə 88 min “atdı”

Türkiyənin II Liqa təmsilçisi “Darıca Gənclərbirliyi” pis günlər yaşayır. Hələ bir müddət öncə uğursuz çıxışlara görə azarkeşlər etiraz edərək, klubun prezidenti Rauf İsmayılov və onun havadarlarına etiraz edib, ağır söyüşlər yağdırmışdılar. Fanatlar “Rauf, artıq yetər, çemodanını götür, cəhənnəm ol!”, “Bu klub darıcalılarındır”, “Hardasan, Allah bəlanı versin”, “Kimsə bizim şanlı tariximizi məhv edə bilməz” kimi şüarlar səsləndirmişdilər. Azarkeşlərin etirazlarında uğursuz çıxışla yanaşı, komandanın Antalya toplanışda məskunlaşdığı oteldən uzaqlaşdırılması olub.

"BI" kocaeligazete.com-a istinadən xəbər verir ki, təlim-məşq toplanışında olan klub bir neçə gün əvvəl məskunlaşdığı “Kervansaray Otel”dən qovulub. Otel Antalya toplanışı üçün 88 min TL məsrəfləri olan sənədləri klub rəhbərliyinə müqavilə imzalatdırıb. Klub bir müddət hazırlıq keçsə də, məbləğ ödənilməyib. Məlumatda qeyd edilib ki, Rauf İsmayılov maddi məsələni həll edə bilməyib. Buna görə də komandanı oteldən qovublar. “Sarı-yaşıllar” toplanış çərçivəsində “Amedspor”la yoxlama görüşü keçirə bilməyib. Məhz bu məsuliyyətsizliyə görə klubun azarkeşləri daha da hiddətlənib. Buna görə də fanatlar bir müddətdir ki, Rauf İsmayılovu istefaya çağırırlar. 
 
Qeyd edək ki, Rusiyada “Simurq Turizm” şirkətinin rəhbəri olan İsmayılov ötən ilin sonlarında klubu alıb. Komandanın baş məşqçisi isə Asim İbrahimovdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)