Axtar

“Unibank”ın mühafizəçisi iş vaxtı hücuma məruz qalaraq döyüldü

Bakının Nərimanov rayonunda dava zamanı mühafizəçi döyülüb.

ENA.az APA-ya istinadla xəbər verir ki, hadisə Təbriz küçəsi 94 ünvanında qeydə alınıb.

Belə ki, “Unibank”ın əməkdaşı 1994-cü il təvəllüdlü Bağırov Lətif İsmayıl oğlu işdə olan zaman qəfil naməlum şəxslərin hücumuna məruz qalıb.

O döyülərək ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33