İnşaat və əmlak

Əmanətlərin Sığortalanması Fonduna məxsus avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR

21 fevral 2023-cü il saat 10:00-da “Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı”nda Əmanətlərin Sığortalanması Fondunun balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.

ENA.az xəbər verir ki, daşınar əmlak Toyota Camry minik və BMW 760LI minik nəqliyyat vasitəsidir.

Qeyd edək ki, Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 5 gün qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.

S/N Balanssaxlayıcı müəssisənin adı Əlaqəli şəxs Nəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti Ödəniləcək 10% beh (manatla) İştirak haqqı (manatla)
1 Əmanətlərin Sığortalanması Fondu Elvin Qorçiyev 055-200-51-06 Toyota Camry minik 2007 11050 1105 110.5
2 “Dəmirbank” ASC Elvin Qorçiyev 055-200-51-06 BMW 760LI minik 2013 50000 5000 500
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)