5 nazir sahibkarların şikayətini dinləyir
Bu gün sahibkarlar hökumətin iqtisadi qanadını təşkil edən nazirlərin hamısının birlikdə təmsil olunduğu tədbirdə onları narahat edən məsələləri danışmaq imkanı qazandılar. Bu dəfə diskusiya media nümayəndələrinin iştirakı ilə davam etdi.
"BI" xəbər verir ki, bu "Regionların 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda baş tutdu.
Sözü iqtisadiyyat naziri Şahih Mustafayev açdı və bildirdi ki, davamlı islahatlar nəticəsində müasir iqtisadi tələblərə uyğunluq, qeyri neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılıb. Nazirin sözlərinə görə, ötən ildə regionların inkişafına 24,2 milyard manat vəsait ayrılıb. Kənd təsərrüfatının subsidiyalaşdırılması yoxlamaların 2021-ci ilə qədər dayandırılması, dövlət satınalmalarında yerli məhsullara güzəştlərin verilməsi və vergi güzəştlərinin tətbiq edilməsi mühüm tədbirlərdən biridir.
Sahibkàrları sənaye parklarında çalışmağa çağıran nazir investsiya təşviqi sənədi əsasında xüsusən də regionların inkişaf edəcəyini, yeni iş yerlərinin açılacağını vurğuladı. 16 min sahibkara 1 milyard manatdan çox güzəştli kredit verilib.