Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfədən çox artıb
2023-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 980 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Bu barədə Naxçıvan MR Dövlət Vergi Xidmətindən məlumat verilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2.3 dəfə çox olub.
Fevral ayında kommersiya qurumlarının 61%-i elektron qaydada, 39%-i isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında uçota alınıb.