Ukrayna PUA-larla Krımdakı Rusiya hərbi hissəsinə zərbə endirib
Ukrayna ordusu ötən gecə 2 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiyanın işğal altındakı Krımdakı hərbi hissəyə zərbə endirib.
Bu barədə məlumat teleqram kanallarında yayılıb.
Hərbi hissə Krımın Səki rayonunda yerləşir.
PUA-lardan birinin vurulduğu, partlayış nəticəsində itkilərin olmadığı bildirilib.
Qeyd edək ki, Rusiya Müdafi Nazirliyi martın 1-də Ukraynanın 10 PUA ilə Krıma hücum etdiyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski söyləmişdi ki, müharibə yalnız Krım azad olunandan sonra başa çata bilər.