Şavkat Mirziyoyev: “Neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlayırıq”

“Neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlayırıq. Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır və düşünürəm ki, bu proses tədricən inkişaf etdiriləcək”.
Bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə martın 1-də keçirilən görüşdə söyləyib.
Özbəkistan Prezidenti, həmçinin qeyd edib ki, tezliklə avtomobil istehsalı üzrə ciddi nəticələr olacaq.