Gündəm

Mədəniyyət nazirinin yeni müavini kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin olunub.

ENA.az yeni təyin olunan nazir müavini haqqında məlumatları təqdim edir.

S.Yusifova 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə doktorudur.

Səadət Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində də çalışıb.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Hüquqşünaslari Konfederasiyasinin İdarə Heyətinin üzvüdür.

S.Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla təltif olunub. O, Prezidentin 27 iyun 2013-cü il tarixli fərmanı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)