Gündəm

Prezident Səadət Yusifovanı nazir müavini TƏYİN ETDİ

Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib.

ENA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin olunub.

Qeyd edək ki, S.Yusifova Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)