Sənaye

Rusiya gündəlik neft hasilatını 500 min barel azaldacaq

Mart ayından etibarən Rusiya gündəlik neft hasilatını 500 min barel azaltmağa başlayır.

ENA.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak məlumat verib. Onun sözlərinə görə, qərar OPEC+ ölkələri ilə məsləhətləşmədən könüllü şəkildə qəbul edilib.

Qeyd olunub ki, hasilatın azalması qaz kondensatı istisna olmaqla, yalnız neftə təsir edəcək. İstehsal kvotası neft şirkətləri arasında onların hasilat səviyyəsindən asılı olaraq bərabər bölünəcək.

Ehtimal edilir ki, Rusiyanın yeni qərarı həm beynəlxalq neft qiymətlərini, həm də ölkə neftinin qiymətini artıra bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)