Gündəm

Azərbaycanda 913 000 manatlıq cekpot uduldu

Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb. 

ENA.az xəbər verir ki, tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı “Azərlotereya” ASC-nin təşkil etdiyi “4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb. Şanslı qalib bir biletlə 913 072 manatlıq cekpota sahib olub. 

Həftədə 4 dəfə keçirilən “4+4” oyununun növbəti tirajında cekpot məbləği 500 000 manat olacaq. Cekpot qazanmaq üçün A və B sıraları üzrə 1-dən 20-yədək olan rəqəmlərin (4+4) biletdəki variantla üst-üstə düşməsi yetərlidir.

Qeyd edək ki, tirajlı lotereyalar hər gün 19:45-də “Xəzər TV”, eləcə də “Azərlotereya TV” Youtube kanalında canlı yayımda keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)