Bank

Rusiya Mərkəzi Bankı 1000 nəfəri işdən çıxarır

Rusiya Mərkəzi Bankı may ayına qədər ştat sayını 1000 nəfər azaldacaq.

ENA.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.

Məlumata görə, bank, həmçinin yerdə qalan işçilərin əmək haqlarını azaldacaq. Nəşr qeyd edir ki, işçilərin qovulmasında və maaşların azaldılmasında əsas məqsəd Mərkəzi Bankın xərclərini optimallaşdırmaqdır.

Rusiya Mərkəzi Bankının məlumatına görə, 2015-ci ildən bəri bankın işçilərinin sayı 30% azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)