Elm və Texnologiya

Nokia 60 ildən sonra ilk dəfə rebrendinq edəcək

1865-ci ildə qurulan Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı Nokia şirkəti 60 ildən sonra ilk dəfə brendini yeniləmək qərarını açıqlayıb. Nokia sözünü meydana gətirən yeni loqo beş fərqli formadan ibarətdir, köhnə loqonun simvolik mavi rəngi fərqli rəng çeşidi ilə əvəz edilmişdir. Təkmilləşdirmə qərarı şirkətin strategiyasındakı dəyişikliklə bağlıdır. “Smartfonlarla assosiasiya var idi, indi isə biz biznes texnologiyaları şirkətiyik” – deyə baş icraçı Pekka Lundmark Reuters agentliyinə müsahibəsində bildirib.

Həyata keçiriləcək yeni strategiya üç mərhələdən ibarətdir: yenidən yükləmə, sürətləndirmə və miqyas. Nokia-nın rəhbəri yenidən yükləmə mərhələsinin başa çatdığından ikinci mərhələnin başlandığını elan edib.

“Siqnal çox aydındır. Biz qlobal liderliyin mümkün olduğu yerdə əməkdaşlıq istəyirik”, – Pekka Lundmark bildirib.

Nokia hələ də telekommunikasiya şirkətlərinə avadanlıq satan xidmət provayderi biznesini inkişaf etdirməyə diqqət yetirsə də, hazırda onun əsas diqqəti digər müəssisələrə avadanlıq satmağa yönəlib.Nokia 2022-ci ilin sonuna qədər Rusiya bazarını tərk edəcəyinə söz verib.(kommersant)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)