“Netflix” qiymətləri endirir
Ümumdünya yayım platforması “Netflix” daha çox abunəçi cəlb etmək üçün 30-dan çox ölkədə qiymətləri endirir.
ENA.az “TRT Haber”ə istinadən xəbər verir ki, Asiya, Avropa, Latın Amerikası, Afrikanın Saharaaltı regionu və Yaxın Şərqin bəzi regionlarında artıq qiymətlər aşağı salınıb.
Abunəhaqqının aşağı salındığı ölkələrə Malayziya, İndoneziya, Tayland, Filippin, Xorvatiya, Venesuela, Keniya və İran daxildir.
Bu açıqlamadan sonra şirkətin səhmləri cümə axşamı Nyu-Yorkda 3.4 faiz ucuzlaşıb.