Blinken Qazaxıstana gedir
ABŞ dövlət katibi Entoni Blinken fevralın 28-də Qazaxıstana səfər edəcək.
ENA.az xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"28 fevral 2023-cü ildə ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstana ilk rəsmi səfərini edəcək. Dövlət katibi Astanada səfərdə olarkən Prezident Kasım-Jomart Tokayev tərəfindən qəbul ediləcək və Qazaxıstanın Baş nazirinin müavini - Xarici İşlər Naziri Muxtar Tleuberdi ilə danışıqlar aparacaq", - açıqlamada deyilir.
Bildirilib ki, Astanada Blinkenin iştirakı ilə Mərkəzi Asiya ölkələri və ABŞ-ın xarici işlər nazirlikləri rəhbərlərinin "C5+1" formatında görüşü keçiriləcək. Bundan əlavə, gündəliyə ABŞ ilə regional əməkdaşlığın və tərəfdaşlığın gələcək inkişafı məsələləri daxildir.