NATO-nun baş katibi Boris Conson ola bilər
NATO-nun hazırkı başçısı Yens Stoltenberq bu ilin sentyabrında vəzifəsini tərk etdikdən sonra Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson alyansın növbəti baş katibi ola bilər.
Bu barədə britaniyalı diplomatın özü məlumat verib.
O, NATO-nun baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Qeyd edək ki, yaşlı torilər də Boris Consonun NATO-nun Baş katibi qismində namizədliyini dəstəkləyir.