Vakansiyalar

Camal LTD işçi axtarır - MAAŞ 2000-2500 AZN

Şirkət: Camal LTD

Vəzifə: Audit şöbə müdiri

 Son tarix 23 mar 2023 

İş barədə məlumat:

  • Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
  • Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;
  • İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;
  • Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
  • Rərbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;
  • Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
  • Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;
  • Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək;

Namizədə tələblər: 

  • Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə) 
  • Müvafiq sahə üzrə ən azı 3-5 il iş stajı
  • Yaş həddi 30-45
  • Microsoft Office, 1C proqramından sərbəst istifadə bacarığı 
  • Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları 
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır). 
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləriyi üzrə biliklər

Əlavə məlumat: 

  • Nahar şirkət tərəfindən təmin olunur
  • İşçi korporativ nömrə ilə təmin olunur..
  • Əmək haqqı: 2000-2500 Azn

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@iceland.az mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Audit şöbə müdiri” Mövzu bölməsində göstərin.        

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department