Sosial iqtisadiyyat

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olundu

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi vəzifəsini icra edən şəxs təyin edilib.

Xidmətdən verilən məlumata görə, bu vəzifə Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulova həvalə edilib.

Xatırladaq ki, Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətini koordinasiya edir, xarici ölkələrdəki istifadəçilər, proqram təminatı və texniki avadanlıq istehsalçıları, analoji strukturlar və digər mənbələr tərəfindən kiberhücumlar, qanunsuz daxilolmalar, informasiya sistemləri və şəbəkələri, kompyuter və avadanlıq, onların proqram təminatları, lokal və korporativ informasiya sistemləri və onların resurslarına yönəlmiş zərərli proqramlar haqqında məlumatları toplayaraq təhlil edir.

Qeyd edək ki, bundan əvvəl Elektron Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini Şahin Əliyev icra edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)