Duma Putinin START qərarını TƏSDİQLƏDİ
Qərbli rəqiblərimiz qlobal təhlükəsizlik sisteminin məhvinə görə məsuliyyəti dərk edib ağılları başlarına gəlsə, Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində (START) iştirakını dayandırmaq qərarına yenidən baxıla bilər.
Bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski bildirib .
“Bir daha diqqətinizi çəkirəm: Rusiya müqavilədən çıxmır, biz iştirakımızı dayandırırıq. Qərar geri qaytarıla bilən xarakteri daşıyır. Qərbli rəqiblərimizin ağılları başlarına gəlsə, və qlobal təhlükəsizlik sisteminin məhvinə görə məsuliyyətlərini dərk etsələr, bu qərara yenidən baxıla bilər”, – deyə rusiyalı parlamentari vurğulayıb.
Qeyd edək ki, bu gün Dövlət Duması Rusiyanın START Müqaviləsində iştirakını dayandırması barədə qanun qəbul edib.