İranda zəlzələ olub
İranın Fars ostanının Laristan şəhristanında 5,5 maqnitudalı zəlzələ olub.
ENA.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 11 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 05:11-də qeydə alınıb.
Dağıntılar və tələfat barədə məlumat verilməyib.
Xatırladaq ki, fevralın 21-də İranın eyni bölgəsində 5,3 maqnitudalı zəlzələ olub.