Gündəm

Yaponiya BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb edib

Tokio Şimali Koreyanın raket buraxılışı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasının çağırılmasını tələb edib.

ENA.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida bildirib.

“Şimali Koreya qitələrarası sinifli ballistik raket buraxdıqdan sonra bu gün ballistik raketlər buraxdı. Buna görə də biz BMT Təhlükəsizlik Şurasından fövqəladə iclas tələb edirik”, - deyə Baş nazir qeyd edib.

Daha əvvəl BMT Baş katibi Antonio Quterreş Şimali Koreyanın növbəti raket buraxılışını pisləyib və Pxenyanı təxribat xarakterli addımlardan çəkinməyə çağırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)