İran uranı təhlükəli səviyyəyə qədər zənginləşdirib
İran hakimiyyəti uranı 84%-ə qədər zənginləşdirib.
ENA.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.
Qeyd olunur ki, bu, indiyədək ölkədə müfəttişlər tərəfindən aşkar edilmiş ən yüksək səviyyədir və eyni zamanda nüvə silahı yaratmaq üçün lazım olan səviyyədən cəmi 6% aşağıdır.
Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransında çıxış edən İsrailin müdafiə naziri Yoav Qallant İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün vasitələrin masada olduğunu vurğulayıb: "Biz İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün bütün mümkün vasitələri - təkrar edirəm, bütün mümkün vasitələri masada saxlamalıyıq".