“Zəngəzur dəhlizinin hər iki başında nəzarət-buraxılış məntəqələri yaradılmalıdır” - Video
"Yəqin ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır".
ENA.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibəsində səsləndirib.
Azərbaycan Prezidenti ilkin təəssüratı barədə danışarkən həm Avropada, həm Amerikada bu təklifin məntiqli hesab olunduğunu vurğulayıb:
"Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”.