Mərkəzi Bank 8 sığorta agentinin lisenziyasını ləğv edib
Azərbaycan Mərkəzi Bankı (AMB) 8 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.
Bu barədə tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bununla bağlı qərar fevralın 15-də “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.