Elm və Texnologiya

"WhatsApp" daha bir yenilik edəcək

"WhatsApp" qrup söhbətləri üçün zəng planlaşdırma funksiyası üzərində işləyir.

ENA.az-ın məlumatına görə, bu xüsusiyyət sayəsində eyni qrupdakı "WhatsApp" istifadəçiləri əvvəlcədən zəng planlaşdıraraq onlayn görüş keçirə biləcəklər.

Planlaşdırılan zəng qrup söhbətlərinin yuxarı sol tərəfindəki üç nöqtəli menyu vasitəsilə təyin olunacaq. Başlıq, tarix və vaxt müəyyən ediləcək. “WhatsApp” qrupunun istifadəçiləri əvvəlcədən təyin edilmiş zəng üçün vaxtlarını öncədən qura biləcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)