Bankların Mərkəzi Banka borcu azalıb - MƏBLƏĞ
2018-ci ilin dekabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
"BI" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 31 dekabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 384,7 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% və ya 122,9mln.manat azdır.
Cari ilin 30 noyabr göstəriciləri ilə müqayisədə isə bank sektorunun Mərkəzi Bank qaşısında öhdəliklərində 4,6% azalma qeydə alınıb.
Qeyd edək ki, yanvar-dekabr aylarına bank sektorunun cəmi öhdəlikləri 25 mlrd. 502,4 mln. manat təşkil edir.