S&P: Rusiyaya növbəti sanksiyalar Azərbaycana pul köçürmələrini azalda bilər
Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun əsas ticarət tərəfdaşlarından olan Rusiyaya qarşı mümkün növbəti sanksiyalar və Rusiyada ehtimal olunan dərin tənəzzül ticarət həcminin və bu beş ölkəyə pul köçürmələrinin axınının azalmasına səbəb ola bilər.
ENA.az xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib. Qeyd edilib ki, siyasi risk indiyədək nəzarət altına alınsa da, yüksək olaraq qalır. "Bundan əlavə, Ermənistanla Azərbaycan arasında münasibətlər qeyri-sabit olaraq qalır və daha da gərginləşmə ehtimalı qalır"- "S&P" qeyd edib.
Agentliyin hesablamalarına görə, 2023-cü ildə Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanda real ÜDM artımı 2022-ci ildəki güclü artımdan sonra yavaşlasa da, bu ölkələrin bank sektorunu dəstəkləməkdə davam edəcək.