Azərbaycanda “Apple Pay” və “Google Pay”la edilən ödənişlərin həcmi açqlandı
AzərbaycanMərkəzi Bankının təşəbbüsü, bank sektoru və beynəlxalq kart təşkilatlarının dəstəyi ilə ölkədə təmassız ödəniş həllərinin çeşidinin artırılması və innovativ texnologiyaların tətbiqi məqsədilə hesabat ilində “Google Pay” ödəniş həlli Azərbaycanda aktivləşdirilmişdir.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilir.
Hesabat dövrünün sonuna “Google Pay” xidmətinə 11 bank qoşulmuş və 2022-ci il ərzində bu xidmət vasitəsilə ümumi həcmi 85.7 mln. manat ekvivalentində 4 milyon ödəniş həyata keçirilib.
Eyni zamanda, ölkədə “Apple Pay” həllini təqdim edən 11 bank 3 tərəfindən hesabat ilində ümumi həcmi 658 mln. manat ekvivalentində olan 21.8 milyon ödəniş həyata keçirilib.