Bank

Azərbaycanda bank sektorunun inkişafı üzrə yeni çərçivə fəaliyyəti hazırlanıb

Artıq Mərkəzi Bank tərəfindən bank sektorunun inkişafı üzrə yeni çərçivə fəaliyyəti hazırlanıb və bunun əsasında 2023-cü il ərzində bir sıra tədbirlər həyata keçiriləcək. Bu haqda “vergiler.az”a Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

Bank sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin bu il də davam etdiriləcəyini açıqlayan Z.Nuriyevin sözlərinə görə, həyata keçirilməsi nəzərdə tutulan əsas tədbirlər informasiya texnologiyalarının tətbiqi, kredit müqavilələri və kreditlərin verilməsi şərtləri, banklarda riskin və adekvatlığın ölçülməsi, ehtiyatların yaradılması üzrə mövcud qaydalara baxılma və həyata keçirilmə üzrədir.

İnformasiya texnologiyalarının tətbiqinin yenə də prioritet olacağını söyləyən Z.Nuriyev 2023-cü ildə bankların mənfəətinin artacağını proqnozlaşdırdıqlarını bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)