Görüş üçün heç bir şərtimiz yoxdur - İrəvandan Bakıya MESAJ
"Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün təşkili üçün Ermənistan tərəfinin heç bir ilkin şərti yoxdur".
ENA.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı Sarkis Xandanyan deyib.
"İrəvan hər hansı vasitəçinin təkliflərini nəzərdən keçirməyə hazırdır və Tbilisinin səyləri müsbət qiymətləndirilir", - deyə o bildirib.
"Ermənistan tərəfinin iştirakı konkret andakı vəziyyətdən, görüşün gündəliyindən asılıdır", - deyə deputat əlavə edib.
Qeyd edək ki, bundan əvvəl İrəvan Moskvada keçirilən üçtərəfli görüşdən imtina etmişdi.