Vakansiyalar

VMF "Satış Departamentinin Direktoru" vəzifəsinə işçi axtarır - MAAŞ 1500-2000+BONUS

Satış Departamentinin Direktoru

 Son tarix 09 mar 2023 

İş barədə məlumat:

  • Satış strategiyasının hazırlanması.
  • Müştərilər ilə bağlı bazar araşdırmalarının aparılması.
  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması.
  • Bazarın tələbinə uyğun olaraq brendlərin planlanması və satış siyasətinin müəyyən edilməsi .
  • Satış prosesinin təşkili və satış şöbəsinin idarə olunması .
  • Satış mütəxəssislərinin təlimatlandırılması və  hədəflərin təyin olunması .
  • Aylıq, rüblük və illik satış hədəflərinə nail olunmasının təmin edilməsi .
  • Müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təklifləri bildirmək .
  • Potensial satış nöqtələri ola biləcək məkanları araşdırıb və aşkar  edilməsi .
  • Bazarın təhlili  , müştəriləri , rəqibləri və onların yeni proyektləri  və ideyaları haqqında daim araşdırma aparmaq və informasiya toplamaq.
  • Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərliyə verilməsi.
  • İş saatı 09:00-dan 18:00-dək ,  həftə içi 6 gün .
  • Korporativ nömrə ( korporativ paket ).
  • Əmək haqqı 1500 - 2000 manat + bonus ( maaş namizədin bilik və bacarığına görə təyin olunacaq )  .
  •  Qeyd: İş yeri Qobu qəsəbəsi, Milli Qəhrəman Ç. Mustafayev küç., 313 ünvanında yerləşir , 20 Yanvar metro stansiyasından əməkdaşları şirkətin servisi götürür və axşam gətirir.

Namizədə tələblər:

  • Marketinq, iqtisadiyyat, menecment üzrə ali təhsil.
  • Güclü və ifadəli ünsiyyətçilik.
  • Yaş həddi: 30-45 yaş arası namizədlər .
  • Dil bilikiləri : Rus dili və İngilis dili-  əla
  • İş təcrübəsi: müvafiq sahə üzrə  2 il iş təcrübəsi.
  • MS Office (Word, Excel, Outlook ,1 C ) proqramlarından istifadə etmək bacarığı.
  • İşində dəqiqlik və detallara fikir vermək qabilliyyəti.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusunu qeyd etməklə hr.office@vmf.az göndərə bilərsiniz

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department