Qarabağda icarəsinə icazə verilən torpaqların sahəsi açıqlanıb
Azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsinə razılıq bildirilməsilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 6668,26 hektar sahə ilə bağlı 19 müraciət daxil olub.
Bunu 2022-ci ilin yekunları ilə bağlı mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.
O bildirib ki, əvvəlki dövrlərdə daxil olmuş müraciətlərlə birlikdə 1484,26 hektar torpaq sahəsi üzrə 13 müraciətə razılıq verilib, 251 hektar sahə ilə bağlı 4 müraciət üzrə imtina verilib.