Avtomobil

Naxçıvan DYP-yə yeni rəis təyin olundu

Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) Bölməsinə yeni rəis təyin edilib.

Məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Suraxanı rayon DYP Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mais Məmmədov işdən azad edilib. O, vəzifəsinin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası DİN-in sərəncamına verilib.

Naxçıvan MR-in daxili işlər naziri Süleyman Nemətovun əmri ilə M.Məmmədov Naxçıvan Şəhər Polis İdarəsinin DYP Bölməsinə rəis təyin edilib.

Xatırladaq ki, bir müddət öncə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Naxçıvanın daxili işlər naziri təyin olunmuşdu.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)