Azərbaycan nefti 3 dollara qədər bahalaşdı
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.
ENA.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,74 ABŞ dolları və ya 3,32% artaraq 85,34 dollara yüksəlib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.