“Google” “CHatGPT”nin rəqibini işə saldı
“Google” şirkəti “CHatGPT”yə rəqib olan “Bard” çat-botunu istifadəyə verib. Məlumata görə, hələki yalnız testçilər bu alətə giriş əldə edəcəklər. Şirkətin vurğuladığı kimi, “Bard” çat-botu bütün dünya üçün mövcud olan geniş biliyi, həmçinin “Google”un dil modellərinin intellektini və yaradıcılığını özündə birləşdirir.
ENA.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
O, mürəkkəb hadisələri və elmi kəşfləri başa düşmək, ilham tapmaq və ya futbolun ən yaxşı hücumçuları haqqında oxumaq üçün istifadə edilə bilər.
“Bard” LaMDA neyron şəbəkəsinin “yüngül” versiyası əsasında işləyir. Daha az hesablama gücü tələb edir və buna görə də daha çox istifadəçi üçün yaxşı işləyəcək.
“Google” 2022-ci ilin sonunda “ChatGPT”ni təhlükə olaraq görməyə və qüvvələrini rəqib botun inkişaf etdirilməsinə yönəltməyə başlayıb. 2023-cü ilin fevralında “Google”un həmtəsisçisi Sergey Brin kod üzərində işə qayıdıb: o, LaMDA-nın öyrədildiyi məlumatlara giriş əldə etmək üçün sorğu göndərib.