Türkiyədə zəlzələdə ölənlərin sayı 9057 -ə çatıb – Yenilənib
Türkiyədə zəlzələdə ölənlərin sayı 9057 nəfərə çatıb. Yaralı sayı 52 979 nəfərdir.
***
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 7108-ə çatıb.
Bu barədə AFAD məlumat yayıb.
Qardaş ölkədə baş vermiş təbii fəlakət nəticəsində yaralananların sayı isə 40910-ə yüksəlib.
***
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-ə çatıb.
Bu barədə AFAD məlumat yayıb.
Qardaş ölkədə baş vermiş təbii fəlakət nəticəsində yaralananların sayı isə 38224-ə yüksəlib.
***
Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqda davam edir.
ENA.az xəbər verir ki, təbii fəlakət zamanı ölənlərin sayı 5894 nəfərə çatıb.
Son məlumatlara görə, yaralı sayı 34 810 nəfərdir.
***
10:42 – Türkiyədə zəlzələdə ölən və yaralananların sayı artıb.
AFAD-ın nümayəndəsi bildirib ki, 3 381 nəfər həyatını itirib.
Qeyd edilib ki, 20426 yaralı var. Zəlzələ nəticəsində 5775 bina dağılıb, 11302 bina ciddi zədələnib.
****
Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.
Məlumata görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer məlumat verib.
O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.