Qeyri-Bank

Fond bazarında əməliyyatlar artıb

2023-cü ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 1 milyard 472,069 milyon manat təşkil edib.

BFB xəbər verir ki, bu, ötən ilin yanvar ayına nisbətən 29 % çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 11,3 % artaraq 943 olub.

BFB-nin dövriyyəsinin 43,9 %-i və yaxud 646,863 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 8,3 % çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 2,1 dəfə artaraq 35,949 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 68,6 % artaraq 789,256 milyon manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)