Beynəlxalq aviaşirkətlər bu istiqamətlər üzrə Azərbaycana yeni reyslər təşkil edəcək
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi xarici aviaşirkətlərin ölkəmizin hava limanlarına yeni reyslərin həyata keçirilməsi və mövcud istiqamətlər üzrə tezliyin artırılması ilə bağlı müraciətini təsdiq edib. Sözügedən təsdiq İzmir, Bodrum, Dalaman, Ankara, Antalya, Riqa, Budapeşt, Varşava, Əbu-Dabi, Küveyt, Maskat, Roma, Rusiyanın və MDB ölkələrinin bir sıra istiqamətlərinə şamil olunur.
Bakı hava limanı ilə yanaşı, aviaşirkətlər regional hava limanlarına da maraq göstərir.
Hazırda Azərbaycanın beynəlxalq hava limanları sözügedən aviaşirkətlərin reyslərinin qəbulu üzrə zəruri işlər aparır.