Sənaye

"İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti müzakirə edilib" - Nazir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İtaliya şirkətlərinin fəaliyyəti və qarşılıqlı investisiyaların təşviqi müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri cənab Cilberto Piketto Fratin ilə görüşdük. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, işğaldan azad edilmiş ərazilərimizdə #İtaliya şirkətlərinin fəaliyyəti və qarşılıqlı investisiyaların təşviqi, energetika sahəsində əməkdaşlıq əsas müzakirə mövzuları oldu”, – deyə nazir bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)