MİDA-nın inşa edəcəyi növbəti yaşayış kompleksinin podratçıları məlum olub
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa edəcəyi növbəti yaşayış kompleksinin podratçıları məlum olub.
“BI” xəbər verir ki, Agentliyin tabeliyindəki MİDA MMC-nin Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində, 20 hektar ərazidə çoxmərtəbəli yaşayış kompleksinin tikintisi ilə əlaqədar ötən il noyabrın 21-də elan etdiyi açıq tenderin nəticələri açıqlanıb.
Beləliklə, Lot-1 üzrə “NN Groiup” MMC, Lot-2 üzrə “Hünər İnşaat” Firması, Lot-3 üzrə “Chinar İnshaat” və “Caspian Service” MMC-lərin yaratdığı konsorsium, Lot-4 üzrə “Perlit” MMC, Lot-5 üzrə isə "HN Construction” MMC qalib elan edilib.
Qalib şirkətlərlə müvafiq satınalma (podrat) müqavilələri bağlanılıb.