Gündəm

İran prezidenti Azərbaycana başsağlığı verdi

İran prezident İbrahim Rəisi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib.

ENA.az xəbər verir ki, məlumatı İranın siyasi məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cəmşidi insidentlə bağlı özünün tvitter hesabındakı yazısında paylaşıb.

 Onun bildirdiyinə görə, İbrahim Rəisi məhkəmə və polis orqanlarına məsələ ilə bağlı hərtərəfli araşdırma aparmağı tapşırıb.

“Qardaş və qonşu Azərbaycanın səfirliyinə hücumla bağlı faciəvi hadisəni pisləmək istərdim”, – Məhəmməd Cəmşidi qeyd edib.
 

"Bu kədərli xəbəri eşidəndən dərhal sonra Ayətullah Rəisi bu barədə hərtərəfli təhqiqat aparılmasını əmr etdi və hökumətə, Azərbaycan xalqına və mərhum diplomatın ailəsinə başsağlığı və rəğbətini bildirdi, yaralananların tezliklə sağalmasını arzuladı", - Cəmşidi əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)