“Azərbaycan səfirliyinə növbəti hücum bizi şoka salıb” - Rəsmi Moskva
“Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb”.
ENA.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında Azərbaycanın İrandakı səfirliyinə hücuma münasibətində bildirib.
“Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk! Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik”, - o əlavə edib.