Bank

Sabiq məmur ailəsinin bankı yeganə zərər açıqlayandır - RENKİNQ

Azərbaycan bankları 2022-ci ilin nəticələrini açıqlayıblar. ENA.az xəbər verir ki, ölkədə fəaliyət göstərən 25 bankdan 24-ü 2022-ci ili mənfəətlə, 1 bank isə zərərlə başa vurub.

Mənfəət üzrə renkinq cədvəlinə Kapital Bank liderlik edir. Bank bir ildə 308 milyon manat gəlir əldə edib.

İlk üçlük – Kapital Bank, ABB və PAŞA Bank 712 milyon manat mənfəət əldə edib. Bu isə ümumi mənfəətin 77,8%-ni təşkil edib.

Azərbaycan bankları sırasında vəziyyəti düzəlməyən yalnız Bank BTB-dir. Sabiq administrasiya rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsus olan bank geriləmə prosesini davam etdirir.

Xalis mənfəət üzrə cədvəl, milyon manatla

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department