Azərbaycan banklarının xarici borcları 66% artdı
Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il dekabrın 31-nə 1 milyard 761,9 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 65,7% çoxdur.
Mərkəzi Bankın məlumatına görə, 2022-ci ilin sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 6 milyard 427,7 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 10,7% çoxdur.
Bununla yanaşı, dekabrda xalis xarici aktivlər 37,3 milyon manat və ya 0,6%, noyabrda isə 189,2 milyon manat azalıb.
Qeyd edək ki, Azərbaycanda bankların xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilmiş kreditlər, qeyri-rezidentlərdən cəlb edilmiş depozitlər, qeyri-rezidentlərdə yerləşdirilmiş qiymətli kağızlar hesabına formalaşır.
Azərbaycanda 2022-ci ilin sonunda 25 bankın fəaliyyət göstərmək üçün lisenziyası var.