Çekə görə vergi ödəyicisinə 6 min manatadək maliyyə sanksiyası tətbiq olunacaq

Xəbər verdiyimiz kimi, nəzarət-kassa aparatının çekində əks olunmalı məlumatlarda dəyişikliklər edilib. Nəzarət-kassa aparatının çekində tələb olunan məlumatların əks olunmadıqda bu çeki təqdim edən satıcının məsuliyyətə cəlb edilməsinə səbəb olmaqla yanaşı, ödənilmiş ƏDV-nin alıcıya qaytarılmasından imtinaya əsas verir.
ENA.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, tələb olunan məlumatların əks olunmadığı çeklərin təqdim edilməsinə görə vergi ödəyicisinə
– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
– təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində
– təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.