Sosial iqtisadiyyat

Milli Depozit Mərkəzinə yeni departament direktoru təyin edildi

Milli Depozit Mərkəzində yeni təyinat olub.

ENA.az Banker.az-a istinadən  xəbər verir ki, Esli Dilbazi 2023-cü ilin yanvar ayında Korporativ Xidmətlər Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Bildirək ki, Esli Vaqif qızı Dilbazi Bakı şəhərində anadan olub. 2005-ci ildə fərqlənmə diplomu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin nəzdində əsasını “Harvard University”-nin tədris planı təşkil edən “Xüsusi İstedadlar Qrupunu” bitirmiş, 2007-ci ildə həmin fakültədə fərqlənmə diplomu ilə magistr dərəcəsini almışdır.

İş fəaliyyətinə 2009-cu ildə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində Biznesin İnkişafı Departamentində başlayıb. 2009-2022-ci illərdə Biznesin İnkişafı Departamentinin mütəxəssisi, baş mütəxəssisi, Müştəri Xidmətləri Departamentinin baş mütəxəssisi, İnsan Resursları üzrə məsul şəxs, Əməliyyat Departamentinin direktoru v.m.i.e, Biznesin İnkişafı söbəsinin müdiri v.m.i.e, Klirinq şöbəsinin müdiri vəzifələrində çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)