Gündəm

Azərbaycanda yeni bulvar salınır - FOTO

Bakıda Qanlıgöl gölünün ətrafında bulvar salınması üçün abadlıq işləri aparılır.

Bülbülə gölünün ardınca, Qanlıgölün ətrafında yaşıl istirahət zonasının salınması nəzərdə tutulub. Hazırda ərazidə torpaq işləri görülür. Burada geniş və yaşıllıqlarla əhatəli park, həmçinin gölün sahili boyunca bulvarın salınması nəzərdə tutulub.

Qeyd edək ki, Qanlıgölün yaxınlığında Yasamal Yaşayış Kompleksi yerləşir. Kompleksin sakinləri “Zefir Mall” ticarət mərkəzinin arxasındakı meşəlik ərazinin də parka çevrilməsi üçün çalışırlar.

(Şəkil “Kristal Abşeron” səhifəsindən)

326310574 3417220751881666 6301771067696348608 n

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)