İnşaat və əmlak

Yenidən qurulmasına 58 milyon manat xərclənən Mərkəzi Nəbatat Bağı belə olacaq - FOTOLAR

Təmirə bağlanan Mərkəzi Nəbatat Bağının layihə görüntüləri yayılıb.

Yenidənqurmadan sonra bağda ziyarətçilər üçün müxtəlif istirahət guşələri mövcud olacaq. Həmçinin bağ ərazisində su hövzəsi, ofis binası, gəzinti zolaqları və sair tikintilər nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci il noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlanıb. Mərkəzi Nəbatat Bağının abadlaşdırılması üçün “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xezer Construction” MMC ilə 58 milyon manatlıq müqavilə bağlayıb.

Layihə fotolarını təqdim edirik:

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)