Ermənistan, Gürcüstan və Azərbaycan liderlərinin görüşü keçirilə bilər
Rəsmi İrəvan Ermənistan, Gürcüstan və Azərbaycan başçılarının iştirakı ilə görüşün keçirilməsi ideyasını nəzərdən keçirir.
ENA.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress”ə müsahibəsində deyib.
"Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərir. Biz ikitərəfli Ermənistan-Azərbaycan görüşləri deyil, regional üçtərəfli müzakirələr sahəsində mümkün Tbilisi platformasını nəzərdən keçiririk. İndi Ermənistan və Gürcüstan baş nazirlərinin Azərbaycan prezidenti ilə görüşü ideyası müzakirə olunur”, - deyə Mirzoyan bildirib.
Onun sözlərinə görə, erməni tərəfi belə bir görüşə hazırdır.