BİZNES

Azərbaycanda hansı sahələrdə yeni şirkətlər açılıb?

2023-cü il yanvarın 1-nə Azərbaycanda 182,837 min hüquqi şəxs qeydiyyatdan keçib. Bu, 2022-ci ilin əvvəlinə olan göstəricidən 9,4% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə 16254 min hüquqi şəxs qeydiyyata alınıb, 557 hüquqi şəxs fəaliyyətini dayandırıb.

2023-cü il yanvarın 1-nə respublikada 12,282 min kənd təsərrüfatı (artım 2,9%), 10,34 min emal (artım 10,7%), 16,985 min tikinti müəssisəsi (artım 6,9%) fəaliyyət göstərir.

Bundan başqa, ticarət və nəqliyyat vasitələrinin təmiri ilə məşğul olan 55,319 min (artım 13,3%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 5,263 min (artım 12,6%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 2,581 min (artım 8,1%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 2,581 min (artım 9,1%), peşə, elmi və texniki fəaliyyətlə məşğul olan 12,926 min (artım 11,9%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 9,844 min hüquqi şəxs (artım 17,9%) qeydiyyata alınıb.

1 yanvar 2023-cü il tarixinə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 170,353 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 93,2%-i) özəl müəssisələrin (o cümlədən 16,45 min hüquqi şəxs xarici, 3,45 min hüquqi şəxs birgə müəssisələrin), 10,74 min hüquqi şəxs (5,9%) dövlət müəssisələrinin, 1,744 min hüquqi şəxs (0,9%) bələdiyyə müəssisələrinin payına düşür.

2023-cü il yanvarın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1 milyon 222,859 min fiziki şəxs qeydiyyatdan keçib. 2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə onların sayı 4,6% artıb.

Kənd təsərrüfatı sahəsində 430,222 min, emal sənayesi sahəsində 25,663 min, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 245,868 min fiziki şəxs fəaliyyət göstərir.

Maliyyə və sığorta fəaliyyəti ilə 3,585 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 15,702 min, inzibati və yardımçı xidmətlər sahəsində 25,039 min, tikinti fəaliyyəti ilə 25,415 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 45,383 min, nəqliyyat və anbar təsərrüfatı ilə 135,865 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 15,176 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)